Axtarışda olan oğru ələ keçdi

Nəsimi rayonu ərazisindən Bakı şəhər sakini K.Aliyevə məxsus "Minsk" markalı motosikletin qaçırılması barədə polisə məlumat daxil olub. Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən "Olaylar"a verilən xəbərə görə, Nəsimi RPİ 22-ci Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində nəqliyyat vasitəsini qaçırmaqda şübhəli bilinən Qusar rayon sakini, əvvəllər məhkum olunmuş Rakim Babaliyev saxlanılıb. Araşdırmalarla onun Cinayət Məcəlləsinin 177-ci (Oğurluq) maddəsi ilə axtarışda olması məlum olub.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31