Naxçıvanda qətl törədilib

Yanvarın 6-sı Naxcıvan Muxtar Respublikasının Babək rayonunun Nehrəm kəndi ərazisində 2005-ci il təvəllüdlü Tuncay Abdullayevin öldürülməsi barədə rayon prokurorluğuna ilkin məlumat daxil olmuşdur.

Olaylar.az xəbər verir ki, Naxçıvan Muxtar Respublikası Prokurorluğundan bildirilib ki, araşdırma zamanı zərərçəkmişin 2005-ci il təvəllüdlü həmkəndlisi Rəhman Süleymanov tərəfindən şəxsi münasibətlər zəminində aralarında yaranmış münaqişə zamanı kəsici-deşici alətlə xəsarətlər yetirilməklə qəsdən öldürülməsinə əsaslı şübhələr müəyyən edilmişdir.

Faktla bağlı Babək rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanmış, Rəhman Süleymanov iş üzrə şübhəli şəxs qismində tutulmuşdur.

Hazırda iş üzrə ibtidai istintaq davam etdirilir.

trend

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31