Kafedə qadın kişini bıçaqlayıb
5 Dekabr 2022 11:11 KriminalBakıda kafedə qadın kişini bıçaqlayıb. "Olaylar" xəbər verir ki, hadisə noyabrın 4-də paytaxtın Nərimanov rayonu, R.Əliyev küçəsi, 5 saylı ünvanda yerləşən "Kafe 21" adlı iaşə müəssisəsində qeydə alınıb. Belə ki, 1997-ci il təvəllüdlü İbrahimli Nigar Elçin qızı mübahisə zəminində 1990-cı il təvəllüdlü Hüseynli Şamil Zahir oğluna bıçaqla xəsarət yetirib. Faktla bağlı "xuliqanlıq" maddəsi ilə cinayət işi başlanaraq istintaq aparılır.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31