Bakıda 7 yaşlı uşaq bıçaqlandı
17 Noyabr 2022 23:17 KriminalBakının Sabunçu rayonunda bıçaqlanma hadisəsi baş verib.
Olaylar.az APA-ya istinadən xəbər verir ki, hadisə Sabunçu bazarında qeydə alınıb.
2015-ci il təvəllüdlü A. Arturoviç 14 yaşlı yeniyetmə tərəfindən çağırılıb. Daha sonra yeniyetmə uşağa kürək nahiyəsindən bıçaq xəsarəti yetirib. Yaralı valideynləri tərəfindən Kliniki Tibbi Mərkəzə çatdırılıb.
Faktı Sabunçu Rayon Polis İdarəsinin 12-ci Polis Şöbəsinin əməkdaşları tərəfindən araşdırma aparılır.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31