Baş redaktor həbs olundu

Bərdə Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən tədbirlərlə "Tarixin səhifələri" adlı qəzetin baş redaktoru vəzifəsində çalışan Faiq Əzimzadə saxlanılıb.

Bunu Olaylar.az-a DİN-in Mətbuat xidmətinin Bərdə regional qrupunun baş inspektoru, polis kapitanı Aslan Qiyaslı bildirib. Qeyd olunub ki, araşdırmalar zamanı onun vətəndaşların etibarından sui-istifadə edərək dələduzluq əməlləri törətdiyinə dair əsaslı şübhələr yaranıb. F.Əzimzadə barəsində Bərdə RPŞ-də Cinayət məcəlləsinin 178.2.2 və 178.2.4-cü (dələduzluq) maddələri ilə cinayət işi başlanılıb. Məhkəmənin qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilib. Faktla bağlı araşdırmalar davam etdirilir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31