Mədəniyyət Nazirliyinin şöbə müdiri həbs olundu
2 Noyabr 2022 18:42 KriminalMədəniyyət Nazirliyinin Təchizat və əmlak şöbəsinin müdiri İlkin Nəsibovun barəsində həbs qətimkan tədbirinin seçilməsi ilə bağlı istintaq orqanının vəsatətinə baxılıb.
Olaylar.az xəbər verir ki, Səbail rayon Məhkəməsində keçirilən prosesdə vəsatət təmin edilib.
İlkin Nəsibov barəsində 4 aylıq həbs qətimkan tədbiri seçilib.
Qeyd edək ki, ötən gün Dövlət Təhlükəsizliyi Xidməti (DTX) Mədəniyyət Nazirliyində əməliyyat keçirib. Əməliyyat zamanı saxlanılanlar arasında nazirliyin Təchizat və əmlak şöbəsinin müdiri İlkin Nəsibov da var.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31