Keçmiş məhkum əcnəbini qarət edib

Keçmiş məhkum əcnəbini qarət edib

Bakıda əcnəbi vətəndaşın kirayə qaldığı evdən oğurluq olub. Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən  "Olaylar"a verilən məlumatına görə, Nəsimi rayon Polis İdarəsinin 22-ci Polis Şöbəsinə müraciət edən əcnəbi vətəndaş  Mərdanov qardaşları küçəsində kirayə yaşadığı mənzildən 1000 manat və 5000 dirhəm (2300 manat) olan pulqabısının oğurlandığını bildirib. Araşdırmalar zamanı, oğurluğu törətməkdə şübhəli bilinən, əvvəllər məhkum edilmiş, Astara rayon sakini Rafiq Cəlilov saxlanılıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31