Rüfət Səfərovun apellyasiya şikayəti üzrə məhkəmə başlayıb

Şirvan Apellyasiya Məhkəməsində Zərdab rayon Prokurorluğunun sabiq müstəntiqi Rüfət Səfərovun barəsində çıxarılan hökmdən verilən apellyasiya şikayəti üzrə ilkin baxış iclası keçirilib.

Şirvan Apellyasiya Məhkəməsində Zərdab rayon Prokurorluğunun sabiq müstəntiqi Rüfət Səfərovun barəsində çıxarılan hökmdən verilən apellyasiya şikayəti üzrə ilkin baxış iclası keçirilib.

APA-nın Mil-Muğan bürosunun xəbərinə görə, hakim Ələsgər Novruzovun sədrliyi ilə keçirilən prosesdə məhkəmə baxışı dekabrın 1-nə təyin olunub.

Qeyd edək ki, Rüfət Səfərov Cinayət Məcəlləsinin 311-ci (rüşvət alma) maddəsi ilə təqsirləndirilib. Bu il yanvarın 15-də Binəqədi rayon Məhkəməsinin qərarı ilə R. Səfərov barəsində 4 ay müddətinə həbs-qətimkan tədbiri seçilib. Həmin qərardan məhkəməyə müraciət olunaraq həbs qərarının ev dustaqlığı ilə əvəz olunması istənilib. Yanvarın 22-də onun müraciətinə Binəqədi rayon Məhkəməsi tərəfindən baxılıb və barəsində seçilmiş həbs qətimkan tədbiri ev dustaqlığı ilə əvəzlənib.

Sentyabrın 8-də Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə R. Səfərov 9 il müddətinə azadlıqdan məhrum edilib.

Hökmdən apellyasiya şikayəti verilib.

Xatırladaq ki, R. Səfərov Müdafiə Nazirliyinin mətbuat xidmətinin keçmiş rəisi Eldar Sabiroğlunun oğludur. Olaylar.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31