Qızıl dükanının sahibi olan anasını qətlə yetirməkdə təqsirləndirilən qadın özünü qismən təqsirli bilir
Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində anasının qətlində təqsirləndirilən - Günel Hüseynova, onun xalası oğlu Nicat Eyvazov və Ceyhun Əsgərovun cinayət işi üzrə məhkəmə prosesi keçirilib.
23 Sentyabr 2016 13:10 KriminalBu gün Bakı Ağır Cinayətlər Məhkəməsində anasının qətlində təqsirləndirilən - Günel Hüseynova, onun xalası oğlu Nicat Eyvazov və Ceyhun Əsgərovun cinayət işi üzrə məhkəmə prosesi keçirilib.
Məlumata görə, hakim Eynulla Vəliyevin sədrliyi ilə keçirilən qapalı prosesdə prokuror ittiham aktını elan edib.
Təqsirləndirilən şəxslər ittiham aktına münasibət bildiriblər. G. Hüseynova özünü qismən təqsirli bildiyini deyib.
Ceyhun Əsgərov da özünü təqsirli bildiyini açıqlayıb. Nicat Eyvazov isə özünü təqsirli bilmədiyini deyib.
Proses sentyabrın 30-da davam etdiriləcək. Apa.az