"Qızıl Məryəm"i öldürən qızının məhkəməsi qapalı keçirilir
Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində anasının qətlində təqsirləndirilən - Günel Hüseynova, onun xalası oğlu Nicat Eyvazov və Ceyhun Əsgərovun cinayət işi üzrə məhkəmə prosesi keçirilir.
23 Sentyabr 2016 12:47 KriminalBu gün Bakı Ağır Cinayətlər Məhkəməsində anasının qətlində təqsirləndirilən - Günel Hüseynova, onun xalası oğlu Nicat Eyvazov və Ceyhun Əsgərovun cinayət işi üzrə məhkəmə prosesi keçirilir.
Hakim Eynulla Vəliyevin sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən G. Hüseynovanın vəkili prosesin qapalı keçirilməsi haqqında vəsatətlə çıxış edib.
Məhkəmə kollegiyası müşavirə edərək, prosesin qapalı keçirilməsi barədə qərar qəbul edib.
Qeyd edək ki, bu ilin yanvarında 1965-ci il təvəllüdlü Nametzadə Məryəm Tofiq qızının yaşadığı mənzilində üzərində zorakılıq əlamətləri olan meyidi tapılıb. Keçirilmiş əməliyyatla cinayəti mərhumun qızı, 1988-ci il təvəllüdlü G. Hüseynova, qohumu (bacısı oğlu), 1998-ci il təvəllüdlü N. Eyvazov və 1997-ci il təvəllüdlü C. Əsgərovun törətdiyi müəyyənləşib.
Qətlə yetirilən M. Nametzadə qızıl-zinət əşyalarının alqı-satqısı ilə məşğul olub. O, Bakıdakı "Jewellery" zinət əşyaları mağazasının sahibi olub, "Qızıl Məryəm" ləqəbi ilə tanınıb. apa.az