Akif Çovdarovun cinayət işi üzrə zərərçəkmiş həbsxanada ölüb
23 Sentyabr 2016 10:27 KriminalBir müddət əvvəl ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin (MTN) Energetika və Nəqliyyat Sahələrində Baş Təhlükəsizlik İdarəsinin həbsdə olan rəisi Akif Çovdarovun cinayət işi üzrə zərərçəkmiş şəxslərdən biri - Azər Quliyev saxlanıldığı cəzaçəkmə müəssisəsində ölüb.
Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Tibb Baş İdarəsindən verilən məlumata görə, A. Quliyev avqustun 20-də saxlanıldığı müəssisədə vəfat edib. Onun bir neçə xəstəlikdən əziyyət çəkdiyi bildirilir.
Qeyd edək ki, "Azərtikinti ATF" MMC-nin direktoru olan A. Quliyev bir müddət əvvəl Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 11 il müddətinə azadlıqdan məhrum edilib. (APA)
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31