Məhkəmə Rüfət Səfərova son söz üçün 5 saat vaxt verib
Bu gün Lənkəran Ağır Cinayətlər Məhkəməsində Zərdab rayon Prokurorluğunun sabiq müstəntiqi Rüfət Səfərovun cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.
8 Sentyabr 2016 11:31 KriminalBu gün Lənkəran Ağır Cinayətlər Məhkəməsində Zərdab rayon Prokurorluğunun sabiq müstəntiqi Rüfət Səfərovun cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.
Təqsirləndirilən şəxsin vəkili Bəhruz Bayramovun APA-ya veridyi məlumata görə, onlar məhkəmədən son söz üçün bir həftə vaxt istəyiblər. Məhkəmə vəsatəti qismən təmin edərək onlara 5 saat vaxt verib. Proses günün ikinci yarısı davam etdiriləcək.
Xatırladaq ki, prokuror çıxış edərək məhkəmədən R. Səfərova 10 il həbs cəzası verilməsini istəyib.
Qeyd edək ki, bu il yanvarın 15-də Binəqədi rayon Məhkəməsinin qərarı ilə R. Səfərov barəsində 4 ay müddətinə həbs-qətimkan tədbiri seçilib. Həmin qərardan məhkəməyə müraciət olunaraq həbs qərarının ev dustaqlığı ilə əvəz olunması istənilib. Yanvarın 22-də onun müraciətinə Binəqədi rayon Məhkəməsi tərəfindən baxılıb və barəsində seçilmiş həbs qətimkan tədbiri ev dustaqlığı ilə əvəzlənib.
R. Səfərov Cinayət Məcəlləsinin 311-ci (rüşvət alma) maddəsi ilə təqsirləndirilir.
Xatırladaq ki, R. Səfərov Müdafiə Nazirliyinin mətbuat xidmətinin keçmiş rəisi Eldar Sabiroğlunun oğludur.