Gömrük nəzarətindən gizlədilən 9200 ədəd siqaret aşkar edilib
Astara Gömrük İdarəsinin əməkdaşları İrandan Azərbaycana gələn və İran vətəndaşının idarə etdiyi yük avtomobilinə baxış keçiriblər.
31 Avqust 2016 13:00 KriminalAstara Gömrük İdarəsinin əməkdaşları İrandan Azərbaycana gələn və İran vətəndaşının idarə etdiyi yük avtomobilinə baxış keçiriblər.
Dövlət Gömrük Komitəsinin Mətbuat Xidmətindən verilən məlumata görə, stasionar rentgen avadanlığı ilə aparılan baxış zamanı, həmin nəqliyyat vasitəsinin dartıcı hissəsində - kabinədə 9200 ədəd "Kent" markalı siqaretlər aşkar olunub.
Faktla bağlı araşdırma aparılır.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31