“Mersedes”dən tapança çıxdı

Xətai RPİ əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində avqustun 29-da Xaçmaz rayon sakini İdris Ramazanova məxsus “Mercedes” markalı avtomobilə baxış zamanı “Makarov” markalı tapança, patron darağı və 7 ədəd patron aşkar edilərək götürülüb.

Xətai RPİ əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində avqustun 29-da Xaçmaz rayon sakini İdris Ramazanova məxsus "Mercedes" markalı avtomobilə baxış zamanı "Makarov" markalı tapança, patron darağı və 7 ədəd patron aşkar edilərək götürülüb. Bu barədə DİN-dən verilən məlumata görə, İ.Ramazanov və sərnişinləri Şamaxı rayon sakinləri Kənanbəy Zülfüqarov, Mətləb Şıxəliyev və Lənkaran rayon sakini Tural Məhərrəmov saxlanılaraq RPİ-yə gətirilmiş, araşdırma zamanı silahın K.Zülfüqarova məxsus olması müəyyən olunub.
 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31