Dövlətə xəyanətdə ittiham olunan ilahiyyatçının məhkəməsində şahidlər dindirilib

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində ilahiyyatçı, Qafqaz Müsəlmanları İdarəsinin sektor müdiri işləmiş Elşən Mustafaoğlunun cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində ilahiyyatçı, Qafqaz Müsəlmanları İdarəsinin sektor müdiri işləmiş Elşən Mustafaoğlunun cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.

Məlumata görə, hakim Səbuhi Hüseynovun sədrlik etdiyi proses qapalı keçirilib. Vəkil Əfqan Məmmədovun verdiyi məlumata görə, prosesdə şahidlərin dindirilməsi davam edib. 

Məhkəmə prosesi sentyabrın 6-da davam etdiriləcək. 

Qeyd edək ki, E. Mustafaoğlu 2014-cü ildə həbs olunub. O, Cinayət Məcəlləsinin 274-cü (dövlətə xəyanət) maddəsi ilə ittiham olunur.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31