Gömrükçülər külli miqdarda siqaret və pnevmatik tapança aşkar edib

Xaçmaz Gömrük İdarəsinin Gömrük hüquqpozmalarına qarşı mübarizə şöbəsinə daxil olmuş əməliyyat məlumatı əsasında, “Samur” gömrük postunda Rusiyadan Azərbaycana gələn Azərbaycan vətəndaşının idarə etdiyi nəqliyyat vasitəsinə gömrük baxışı keçirilib.

Xaçmaz Gömrük İdarəsinin Gömrük hüquqpozmalarına qarşı mübarizə şöbəsinə daxil olmuş əməliyyat məlumatı əsasında, "Samur" gömrük postunda Rusiyadan Azərbaycana gələn Azərbaycan vətəndaşının idarə etdiyi nəqliyyat vasitəsinə gömrük baxışı keçirilib.

Dövlət Gömrük Komitəsinin Mətbuat Xidmətindən "APA-Economics"ə verilən məlumata görə, baxış zamanı, həmin nəqliyyat vasitəsində, gömrük nəzarətindən gizlədilmiş şəkildə 53 400 ədəd "NZ" markalı siqaret aşkar edilib.

İdarənin "Xanoba" gömrük postunda isə Rusiyadan Azərbaycana gələn Azərbaycan vətəndaşının idarə etdiyi nəqliyyat vasitəsindən və həmin vətəndaşa məxsus çantadan 1 ədəd pnevmatik tapança və 1 ədəd siqnal tapançası aşkar edilərək götürülüb.

Hər iki faktla bağlı araşdırma aparılır.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31