Yerə 150 min manat basdıran Bakı sakininə "SÜRPRİZ"

Bakıda mənzildən külli məbləğdə pul oğurlanıb.

Bakıda mənzildən külli məbləğdə pul oğurlanıb.

Report bildirir ki, hadisə Sabunçu rayonu, Balaxanı qəsəbəsində qeydə alınıb.

Məlumata görə, qəsəbənin Şəfqət küçəsində yaşayan 35 yaşlı Nuranə Mirzəyeva hüquq-mühafizə orqanlarına müraciət edərək bildirib ki, qeyri-rəsmi nikahda olduğu Füzuli rayon sakini, 31 yaşlı Xəyyam Əbdülrəhimov evinin zirzəmisində basdırdığı 150 min manat pulunu oğurlayıb.

Faktla bağlı araşdırma aparılır.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31