Dələduzluqda və hədə qorxu ilə pul tələb etmədə təqsirləndirilən İran vətəndaşına hökm oxunub
Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda və hədə qorxu ilə pul tələb etmədə təqsirləndirilən İran vətəndaşı Səid Əqillinin cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.
23 Avqust 2016 17:34 KriminalBu gün Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda və hədə qorxu ilə pul tələb etmədə təqsirləndirilən İran vətəndaşı Səid Əqillinin cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.
"Report"un məlumatına görə, hakim Fikrət Qəribovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsə hökm oxunub.
Məhkəmənin hökmü ilə S.Əqilli 7 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.
Qeyd edək ki, S.Əqilli Cinayət Məcəlləsinin 178-ci (dələduzluq) və 182-ci (hədə qorxu ilə pul tələb etməmə) maddəsi ilə ittiham olunub.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31