Azərbaycan gömrükçüləri külli miqdarda araq və siqaret aşkar edib

Tovuz Gömrük İdarəsinin Gömrük hüquqpozmalarına qarşı mübarizə şöbəsinə daxil olmuş əməliyyat məlumatı əsasında, “Sınıq Körpü” gömrük postunda Gürcüstandan Azərbaycana gələn mikroavtobusa gömrük baxışı keçirilib.

Tovuz Gömrük İdarəsinin Gömrük hüquqpozmalarına qarşı mübarizə şöbəsinə daxil olmuş əməliyyat məlumatı əsasında, "Sınıq Körpü" gömrük postunda Gürcüstandan Azərbaycana gələn mikroavtobusa gömrük baxışı keçirilib.

Dövlət Gömrük Komitəsinin Mətbuat Xidmətindən "APA-Economics"ə verilən məlumata görə, baxış zamanı, həmin nəqliyyat vasitəsinin yük yerində, mikroavtobusda sərnişin qismində əyləşən Azərbaycan vətəndaşına məxsus sellofan torbalarda Azərbaycan Respublikasının aksiz markası ilə markalanmamış - 244 ədəd 0,5 litrlik, 20 ədəd 1 litrlik xarici markalı araqlar, 18 min ədəd isə xarici markalı siqaret aşkar edilib.

Faktla bağlı araşdırma aparılır.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31