"Lənkəranski" yaxınlığındakı oteldə hansısa "sxodka"da iştirak edirmiş
Ötən gecə İstanbulda güllələnən şəxsin Rövşən Əliyev yox, "Rövşən Lənkəranski" ləqəbli məşhur kriminal avtoritet Rövşən Canıyev olduğu məlum olub.
18 Avqust 2016 13:02 KriminalÖtən gecə İstanbulda güllələnən şəxsin Rövşən Əliyev yox, "Rövşən Lənkəranski" ləqəbli məşhur kriminal avtoritet Rövşən Canıyev olduğu məlum olub.
Kriminal avtoritetin yaxın çevrəsindəki mənbə təsdiq edib ki, Rövşən güllələnib. Ona bir neçə güllə dəyib və həkimlər kriminal avtoritetin aldığı yaraların ona yaşamaq şansı qoymadığını bildiriblər.
Milli.Az virtualaz-a istinadən bildirir ki, ehtimal olunur ki, "Rövşən Lənkəranski" hadisə baş verən yerin yaxınlığındakı oteldə hansısa "sxodka"da iştirak edirmiş.
Xatırladaq ki, Rövşən Lənkəranskinin İstanbulda yaşadığı çoxdan məlumdur. O, "Ded Xasan"ın qətlinə görə cavabdeh elan edilmiş və hazırda həbsdə olan "Şakro Molodoy" ləqəbli məşhur kriminal avtoritet Zaxari Kalaşov tərəfindən barəsində ölüm hökmü çıxarılmışdı.