Gəncədə keçmiş arvadını qətlə yetirib baldızını bıçaqlayan şəxs saxlanılıb

Gəncədə qısqanclıq zəminində keçmiş həyat yoldaşını öldürüb, onun bacısını isə yaralayıb hadisə yerindən qaçan şəxs polis tərəfindən saxlanıb.

Gəncədə qısqanclıq zəminində keçmiş həyat yoldaşını öldürüb, onun bacısını isə yaralayıb hadisə yerindən qaçan şəxs polis tərəfindən saxlanıb.

Bu barədə "Report"un Qərb bürosuna Gəncə şəhər Prokurorluğundan məlumat verilib.

Məlumata görə, avqustun 17-də keçmiş həyat yoldaşı, 1986-ci il təvəllüdlü Məhəbbət Vəliyevanı bıçaqla qətlə yetirəb hadisə yerindən qaçan Samux rayon Əhmədbəyli kənd sakini, 1984-cu il təvəllüdlü Ruslan Qurbanov polis tərəfindən saxlanılıb.

R.Qurbanov həyat yoldaşını şəhərin Cavad xan qəsəbəsində yaşayan keçmiş baldızı, 1983-ci il təvəllüdlü Naibə Vəliyevanın evində qətlə yetirib. Cinayəti törədən şəxs N.Vəliyevanı da sol bud nayihəsindən bıçaqla yaralayıb.

Qeyd edək ki, R.Qurbanovla Məhəbbət Vəliyevanın evliliyindən 3 övladı var.

Faktla bağlı Gəncə şəhər Prokurorluğunda cinayət işi açılıb, araşdırma aparılır.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31