Əli Kərimlinin yarıgizli təşkilatının liderlərindən birinə 4 ay həbs verildi
Nərimanov Rayon Məhkəməsində NİDA Vətəndaş Hərəkatının üzvü Elgiz Qəhrəmanov barəsində 4 aylıq həbs-qətimkan tədbiri seçilib.
15 Avqust 2016 18:15 KriminalNərimanov Rayon Məhkəməsində NİDA Vətəndaş Hərəkatının üzvü Elgiz Qəhrəmanov barəsində 4 aylıq həbs-qətimkan tədbiri seçilib.
Virtualaz.org saytının əldə etdiyi xəbərə görə, E.Qəhrəmanova qarşı Cinayət Məcəlləsinin 234-cü maddəsi (külli miqdarda narkotik vasitələrin qanunsuz dövriyyəsi) ilə ittiham irəli sürülüb.
İttiham aktına əsasən, E.Qəhrəmanlı avqustun 12-də saxlanılıb. Onun üzərinə baxış zamanı təmiz çəkisi 3,315 qram maddə olan kustar üsulla hazırlanmış narkotik vasitə - heroin aşkarlanıb.
Virtualaz.org xatırladır ki, 2013-cü ildə yarıgizli inqilabi təşkilat olan NİDA-nın darmadağın edilməsindən və rəhbərlərinin həbsindən sonra bu ekstremist qruplaşma Əli Kərimlinin başçılıq etdiyi AXCP-nin təsiri altına keçib. Qəribədir ki, bundan sonra ekstremist qruplaşmanın ideologiyasında liberal müsavatçılıqdan gizli gülənçiliyə doğru dəyişiklik baş verib.
Təşkilatı Ə.Kərimlinin yaxın adamlarından olan gülənçi - həmin Elgiz Qəhrəmanov nəzarətə götürüb. Məhz o və NİDA-dan olan bir qrup gənc fəal sosial şəbəkələrdə gülənçiliyin müdafiəsinə yönəlmiş kampaniya aparıblar.