Keçmiş İŞİD döyüşçüsüylə bağlı məhkəmə QƏRAR VERDİ
Bakı Apellyasiya Məhkəməsində Suriyada qanunsuz silahlı birləşmələrə qoşulmaqda ittiham olunan Telman Bəkirovun apellyasiya şikayəti üzrə məhkəmə prosesi başa çatıb.
11 Avqust 2016 14:06 KriminalBakı Apellyasiya Məhkəməsində Suriyada qanunsuz silahlı birləşmələrə qoşulmaqda ittiham olunan Telman Bəkirovun apellyasiya şikayəti üzrə məhkəmə prosesi başa çatıb.
Virtualaz.org bildirir ki, prosesə hakim Mirpaşa Hüseynov sədrlik edib. Prosesdə qərar elan edilib. Qərara əsasən, onun barəsində birinci instansiya məhkəməsinin çıxardığı hökm dəyişdirilmədən saxlanılıb.
Qeyd edək ki, ləğv edilən Milli Təhlükəsizlik Nazirliyinin ötən il aprel ayında keçirdiyi əməliyyat zamanı saxlanılan 1988-ci il təvəllüdlü Bəkirov Telman Əvəz oğlu 2014-2015-ci illər ərzində müxtəlif vaxtlarda Suriya Ərəb Respublikasının və İraq Respublikasının ərazisində həmin dövlətlərin, habelə Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmayan ayrı-ayrı silahlı birləşmələrin, o cümlədən "İŞİD" terrorçu təşkilatının fəaliyyətində iştirak edib.
Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Telman Bəkirov 14 il müddətinə azadlıqdan məhrum edilib.
Təqsirləndirilən şəxs isə ona elan olunmuş ittihamlarla razılaşmayıb, heç zaman Suriyaya getmədiyini, silahlı birləşmələrin tərkibinə qoşulmadığını deyib.