TƏCİLİ! Qaz balonu partladı, bazar yanır - YENİLƏNİB - VİDEO - FOTO

​​​​​​​​​​​​​​Lənkəran şəhərində yanğın baş verib.

Report-un məlumatına görə, yanğın şəhərin Böyük Bazar ərazisində, İsi Səmədzadə küçəsində yerləşən kəndlərarası avtobusların dispetçer məntəqəsinin inzibati binasında qeydə alınıb.

Ümumi sahəsi 250 kvadratmetr olan binanın 71 kvadratmetri tamamilə yanıb, binanın dam örtüyünə ciddi ziyan dəyib. Bununla yanaşı, binaya bitişik bir telefon aksesuarları dükanı və 55 kvadratmetr sahəsi olan çayxana yanıb.

Hadisənin başvermə səbəbləri Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğın Nəzarəti Xidməti tərəfindən araşdırılır. İlkin ehtimala görə, hadisəyə səbəb maye qaz balonunda olan sızmadır.

Yanğın səhər 07:25-də başlayıb. Lənkərandan üç, Liman şəhər bölməsindən əlavə olaraq bir yanğınsöndürən maşın yanğının söndürülməsinə cəlb olunub.

Binaya bitişik daha üç dükan yanğından mühafizə olunub.

------------

09:32

Bu dəqiqələrdə Lənkəran Böyük Bazarında güclü yanğın başlayıb.

qafqazinfo  bildirir ki, yanğına səbəb Böyük Bazarda avtobus danayacağının yanındakı kafedə qaz balonunun partlamasıdır. Hazırda yanğın ətrafdakı dükanları da əhatə edib.

Xəsarət alanların olduğu bildirilsə də, hələ ki, onların səhhəti ilə bağlı dəqiq məlumat verilməyib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31