Azərbaycanda banka HÜCUM

Azərbaycanda bank filiallarından birində basqın edilib.

Azərbaycanda bank filiallarından birində basqın edilib. Hadisə "Accessbank" QSC-nin "Beyləqan" filialında qeydə alınıb.Unikal.org Tesiz.az-a istinadən bildirir ki, Beyləqan rayonlararası mühafizə şöbəsinə rayonun Magistral küçəsində yerləşən "Accessbank" QSC-nin "Beyləqan" filialından "həyəcan" siqnalı daxil olub. Mühafizə polisinin əməkdaşları hadisə yerinə gediblər.Bu zaman bankın "Beyləqan filialının pəncərəsinin şüşəsini sındıraraq hadisə yerindən qaçmaq istəyən Füzuli rayonu, Yuxarı Güzdək kənd sakini, Beyləqan rayonu ərazisində məskunlaşan Rəhim Nəbiyev saxlanılıb.Rəhim Nəbiyev Beyləqan rayon polis şöbəsinin əməkdaşlarına təhvil verilib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31