Vətəndaşlardan pul tələb edən "polislər" tutuldu

Özünü polis əməkdaşı kimi təqdim etmiş şəxslər tutulub. Bu haqda Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən verilən məlumatda bildirilib.

Özünü polis əməkdaşı kimi təqdim etmiş şəxslər tutulub. Bu haqda Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən verilən məlumatda bildirilib. Belə ki, iyulun 26-da Novxanı kənd sakini Əli İsmayılov Abşeron RPİ-yə müraciət edib. O, iyulun 24-də saat 03 radələrində Novxanı qəsəbəsində gözətçi işlədiyi evə gələrək özünü Cəlilabad Rayon Polis Şöbəsinin əməkdaşı kimi təqdim edən Səid adlı şəxsin onun barəsində şikayət ərizəsi olduğunu bildirib.Şikayətçi öz ərizəsində Səidin onu qəsəbənin ərazisindəki evlərdən birinə apararaq orada 1 gün saxlamasını, hədə-qorxu gəlib 5000 manat pul istəməsini, 3000 manat aldıqdan sonra buraxılmasını, lakin sonradan telefonuna zəng edib əlavə 2000 manat pul tələb etməsini bildirib. Baş Cinayət Axtarışı İdarəsi və Abşeron RPİ əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən Cəlilabad rayon sakinləri, əvvəllər məhkum olunmuşlar Tural Səfərov, Atakişi Şahmarov və Seymur Qurbanov tutulublar. T.Səfərovdan 5,58 qram, S.Qurbanovdan isə 5,79 qram marixuana götürülüb.
 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31