Qaradağ sakinləri bir-birini bıçaqladı
Qaradağ rayonunda sakinlər arasında insident yaşanıb. Bu haqda Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən “Olaylar”a verilən məlumatda bildirilib.
29 İyul 2016 13:35 KriminalQaradağ rayonunda sakinlər arasında insident yaşanıb. Bu haqda Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən "Olaylar"a verilən məlumatda bildirilib. Məlumata görə, insident iyulun 29-da Qaradağ rayonunun Müşfiqabad qəsəbəsində qeydə alınıb. Qəsəbə sakinləri Vüqar Bağırov və Ramil Mirzəyev münaqişə zəminində bir-birinə bıçaqla xəsarət yetirib. Onlar xəstəxanaya yerləşdirilib. V.Bağırovun vəziyyəti orta-ağır, R.Mirzəyevə ilkin tibbi yardım göstərildikdən sonra buraxılıb.Qaradağ RPİ tərəfindən araşdırma aparılır.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31