Bakıda mənzillərdən silsilə oğurluq edən şəxslər yaxalandı
Bakı şəhərindəki mənzillərdən birindən oğurluq etmiş şəxs tutulub. Bu haqda Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən “Olaylar”a verilən məlumatda qeyd edilib.
28 İyul 2016 14:51 KriminalBakı şəhərindəki mənzillərdən birindən oğurluq etmiş şəxs tutulub. Bu haqda Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən "Olaylar"a verilən məlumatda qeyd edilib. Bildirilib ki, Binəqədi RPİ 7-ci PB əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində mayın 16-da Bakı şəhər sakini Günay Ağayevaya məxsus evdən 1500 manat pul və məişət əşyası oğurlamaqda şübhəli bilinən Ruslan Əliyev tutulub.Ətrafında aparılmış əməliyyat tədbirləri ilə onun martın 14-də Lənkəran rayon sakini Elnur Zeynalovla birgə Gulçəmən Nəsirovaya məxsus evdən 3000 manat pul oğurlamaları da müəyyən edilib. Lənkəran ŞRPŞ əməkdaşları ilə birgə həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində E.Zeynalov rayon ərazisində tutulub.