Bakıda evə basqın edən şəxs ev sahibəsini bıçaqlayıb

Bakıda yaşayış evinə basqın olub. Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, iyulun 27-də Binəqədi rayonu ərazisində yaşayan İradə Hüseynovanın mənzilinə aldatma yolu ilə girmiş naməlum şəxs ona bıçaqla xəsarət yetirib evdən 110 manat pul aparıb.

Bakıda yaşayış evinə basqın olub. Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, iyulun 27-də Binəqədi rayonu ərazisində yaşayan İradə Hüseynovanın mənzilinə aldatma yolu ilə girmiş naməlum şəxs ona bıçaqla xəsarət yetirib evdən 110 manat pul aparıb. İ.Hüseynovan xəstəxanaya yerləşdirilib. Binəqədi Rayon Polis İdarəsinin 5-ci Polis Bölməsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat tədbirləri ilə hadisənin Bakı şəhər sakini Samir Rəşidov tərəfindən törədilməsi müəyyən edilib. Binəqədi Rayon Polis İdarəsi tərəfindən əməliyyat-axtarış tədbirləri aparılır.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31