10 evi qarət edən şəxs ələ keçdi

Suraxanı rayonunda evləri qarət edən şəxs saxlanıb.

Suraxanı rayonunda evləri qarət edən şəxs saxlanıb. DİN-dən verilən məlumata görə, Suraxanı RPİ 30-cu PB əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Bakı şəhər sakinləri olan 10 nəfərə məxsus evlərdən məişət əşyaları, inşaat materialları və təmir-tikinti alətləri oğurlamaqda şübhəli bilinən şəxs saxlanıb. Ətrafında aparılmış əməliyyat tədbirləri nəticəsində onun paytaxt sakini, əvvəllər məhkum olunmuş Elxan Abdullayev olduğu müəyyən edilib. 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31