Xırdalanda 3 otaqlı ev yanıb

Abşeron rayonu, Xırdalan şəhərində vətəndaşa məxsus evdə yanğın baş verib.

Abşeron rayonu, Xırdalan şəhərində vətəndaşa məxsus evdə yanğın baş verib. Fövqəladə Hallar Nazirliyindən verilən məlumata görə, nəticədə ümumi sahəsi 100 m2 olan birmərtəbəli 3 otaqlı evin dam örtüyünün yanar konstruksiyaları və mətbəxdə olan ev əşyaları 15 m2 sahədə yanıb. Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın saat yanğınsöndürənlər tərəfindən söndürülüb.
 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31