Oğurluq etmiş dəstə üzvləri tutulublar
Xəzər rayonunda oğurluqla məşğul olan dəstə zərərsizləşdirlib.
25 İyul 2016 18:55 KriminalXəzər rayonunda oğurluqla məşğul olan dəstə zərərsizləşdirlib. DİN-dən verilən məlumata görə, Xəzər RPİ 1-ci PB əməkdaşları tərəfindən iyulun 22-də oğurluq etdiklərinə görə Vüsal Nəsirovun, Mərhəmət Məmmədovun, Anar Paşayevin və Kamran Bayramovdan ibarət dəstə saxlanıb. Ətrafında aparılmış əməliyyat tədbirləri ilə onların Bakı şəhər sakini Aytən Məmmədova, Biləsuvar rayon sakinləri Yaşar Paşayev və Xəyal Poladovla birgə daha 9 nəfərə məxsus pul, qızıl və məişət əşyalarını oğurlamaları da müəyyən edilib.
Həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində A.Məmmədova və Y.Paşayev də tutulub.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31