Su Qovşağı İstismar İdarəsindən oğurluq edən dəstə saxlanıb

Goranboyun Su Qovşağı İstismar İdarəsində oğurluq hadisəsi baş verib.

Goranboyun Su Qovşağı İstismar İdarəsində oğurluq hadisəsi baş verib. DİN-dən verilən məlumata görə, Goranboy RPŞ əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində iyulun 23-də rayon Su Qovşağı İstismar İdarəsinə məxsus 4 ədəd artezian quyusunu elektrik enerjisi ilə təchiz edən 1019 metr elektrik kabelini kəsərək oğurlamaqda şübhəli bilinən Ağstafa rayon sakini Rəhim Əsgərov, Göyçay rayon sakini Sədi Aslanov, Naftalan şəhər sakini Nizami Quliyev, Bərdə rayon sakinləri Ramiz Əzizov və Elsevər Verdiyev tutulublar. 

 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31