Avtoyumada avtomobildən 1000 dollar oğurlanıb
İyulun 18-də Binəqədi qəsəbəsindəki avtoyuma məntəqələrindən birində Bakı şəhər sakini Telman Nəbiyevə məxsus “BMW” markalı avtomobildən 1000 ABŞ dolları oğurlanıb.
21 İyul 2016 17:38 Kriminalİyulun 18-də Binəqədi qəsəbəsindəki avtoyuma məntəqələrindən birində Bakı şəhər sakini Telman Nəbiyevə məxsus "BMW" markalı avtomobildən 1000 ABŞ dolları oğurlanıb. DİN-dən verilən məlumata görə, Binəqədi RPİ 6-cı PB əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən paytaxt sakini, əvvəllər məhkum olunmuş Nail Əliyev tutulub.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31