Bulvarda soyğunçuluqla məşğul olan dəstə saxlanıb

İyulun 20-də “Milli park”ın ərazisində 6 naməlum şəxs Hacıqabul rayon sakinləri Kənan Cəlilovu və Fariq Cəfərzadəni bıçaqla hədələyib pul vermələrini tələb edib.

İyulun 20-də "Milli park"ın ərazisində 6 naməlum şəxs Hacıqabul rayon sakinləri Kənan Cəlilovu və Fariq Cəfərzadəni bıçaqla hədələyib pul vermələrini tələb edib. DİN-dən verilən məlumata görə, Səbail RPİ 9-cu PB əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən Bakı şəhər sakinləri Əziz Əsgərov, Təbriz Tağıyev, Sadiq İsmayılov, İlqar Əliyev, Faiq Həşimov və Yadulla Abdullayev tutulublar.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31