DGK: Qaçaqmalçılıq yolu ilə ölkəyə mobil telefon gətirilməsinin qarşısı alınıb (FOTO)

Tovuz Gömrük İdarəsinin əməkdaşları 2 fakt üzrə 37 ədəd mobil telefon və aksesuarlarının qaçaqmalçılıq yolu ilə ölkə ərazisinə gətirilməsinin qarşısı alınıb.

Tovuz Gömrük İdarəsinin əməkdaşları 2 fakt üzrə 37 ədəd mobil telefon və aksesuarlarının qaçaqmalçılıq yolu ilə ölkə ərazisinə gətirilməsinin qarşısı alınıb.

Dövlət Gömrük Komitəsinin mətbuat xidmətindən bildirilib ki, idarəyə daxil olan əməliyyat məlumatı əsasında Azərbaycan vətəndaşının idarə etdiyi minik avtomobilinə "Sınıq Körpü" gömrük postunda baxış keçirilib. Yoxlama zamanı avtomobildən eyni mobil telefon markasının 3 modelinə aid olan 37 ədəd telefon aşkar edilib.

Digər bir məlumat əsasında "Sınıq Körpü" gömrük postunda gömrükçülər tərəfindən baxış keçirilən Azərbaycan vətəndaşının idarə etdiyi minik avtomobilindən isə mobil telefonlara aid 6 adda 104 ədəd aksesuarlar aşkar edilərək götürülüb.

Hər iki faktla bağlı araşdırma aparılır.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31