Gənc qız illər sonra eyni şəxslər tərəfindən zorlandı
19 İyul 2016 10:11 Kriminal21 yaşlı gənc qız 3 il öncə zorlandığı bir qrup şəxs tərəfindən yenidən təcavüzə məruz qalıb.
1xəbər.com bildirir ki, hadisə Hindistanda baş verib.
21 yaşlı tələbə qız onu 3 il öncə zorlayan 5 nəfər şəxs tərəfindən yenidən zorlanıb. Təcavüzə uğrayan qız ağır vəziyyətdə yol kənarına atılıb. Onu yoldan keçən bir nəfər taparaq xəstəxanaya aparıb.
Adı açıqlanmayan tələbə qız başına gələnləri danışıb:
"Dərsdən çıxırdım. Onları görən kimi tanıdım. Mənə 3 il əvvəl təcavüz edən həmin 5 nəfər idi. Çox qorxdum. Məni zorla avtomobilə mindirib, təcavüz edib boğmağa çalışdılar. Atamı və böyük qardaşım öldürəcəklərini dedilər. Daha sonra isə məni hara apardıqlarını bilmirəm".
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31