Evə basqın edənin biri tutulub, digəri müəyyən edilib

Cəbrayıl rayonunda evə basqın edən şəxslərin kimliyi müəyyən edilib.

Cəbrayıl rayonunda evə basqın edən şəxslərin kimliyi müəyyən edilib. DİN-dən verilən məlumata görə, Cəbrayıl RPŞ əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində iyulun 6-da Zeynəb Haqverdiyevanın yaşadığı evə girib onu və oğlu Namiqi döyərək pul vermələrini tələb etməkdə şübhəli bilinən Saatlı rayon sakini, əvvəllər məhkum olunmuş Kərəm Mövsümov tutulmuş, digər şəxs isə müəyyən edilib. 

 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31