Həmkədlisinin başının üstündən atəş açdı
İyulun 17-də Ağstafa rayonunun Eynallı kəndində kənd sakini Tuqay Cəfərov sərxoş halda münaqişə zəminində tüfəngdən həmkəndlisi Şükür Şükürovun başının üzərindən havaya 2 dəfə atəş açıb.
18 İyul 2016 19:06 Kriminalİyulun 17-də Ağstafa rayonunun Eynallı kəndində kənd sakini Tuqay Cəfərov sərxoş halda münaqişə zəminində tüfəngdən həmkəndlisi Şükür Şükürovun başının üzərindən havaya 2 dəfə atəş açıb. DİN-dən verilən məlumata görə, Ağstafa RPŞ əməkdaşları tərəfindən T.Cəfərovdan müvafiq sənədləri olan "TOZ-16" markalı ov tüfəngi götürülüb. Araşdırma aparılır.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31