Evlərə qənim kəsilən ələ keçdi
Paytaxt Bakıda silsilə oğurluq törətmiş şəxs saxlanıb.
18 İyul 2016 19:04 KriminalPaytaxt Bakıda silsilə oğurluq törətmiş şəxs saxlanıb. DİN-dən verilən məlumata görə, Baş Cinayət Axtarışı İdarəsi, Nəsimi RPİ və Cəlilabad RPŞ əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Bakı şəhər sakinləri A.Hüseynovaya, S.Vahidova və T.Musayevaya məxsus evlərdən pul və qızıl əşyalar oğurlamış Cəlilabad rayon sakini Cavad Cəfərov Cəlilabad rayonu ərazisində tutulub. Ətrafında aparılan əməmliyyat tədbirləri nəticəsində onun əvvəllər məhkum olunduğu müəyyən edilib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31