Suraxanıda evlərə qənim kəsilən şəxs tutulub

Suraxanı rayonunda silsilə oğurluq hadisəsi törədilən şəxs saxlanıb.

Suraxanı rayonunda silsilə oğurluq hadisəsi törədilən şəxs saxlanıb. DİN-dən verilən məlumata görə, Suraxanı RPİ 30-cu PB əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində iyunun 10-da Q.Feyzullayevaya məxsus evdən 5000 manat dəyərində qızıl suyuna çəkilmiş samovar və məişət əşyaları oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini İvan Rufanenko tutulub. Onun daha 3 evdən elektrik naqili, geyim və məişət əşyaları oğurlaması da müəyyən edilib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31