Bakıda telefon oğrusu saxlanıb

Nəsimi rayonunda telefon oğrusu saxlanıb.

Nəsimi rayonunda telefon oğrusu saxlanıb. DİN-dən verilən mlumata görə, Nəsimi RPİ 22-ci PB əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində iyulun 14-də rayon ərazisindəki mağazalardan birindən 3 ədəd mobil telefon oğurlamış Beyləqan rayon sakini Polad Axundov tutulub. Faktla bağlı araşdırma aparılır. 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31