Ukraynada qətldə təqsirləndirilən Azərbaycan vətəndaşı həbs olunub
Ukraynanın Çerniqov şəhərində Azərbaycan vətəndaşı həbs olunub. Çerniqovda yaşayan Ukrayna Azərbaycanlıları Ağsaqqallar Şurasının sədr müavini, keçmiş polis polkovniki İbrahim Əliyev APA-ya bildirib ki, bu, 1992-ci ildə Bakıda anadan olmuş Cəfərov Cəfər Vaqif oğludur.
15 İyul 2016 14:06 KriminalUkraynanın Çerniqov şəhərində Azərbaycan vətəndaşı həbs olunub. Çerniqovda yaşayan Ukrayna Azərbaycanlıları Ağsaqqallar Şurasının sədr müavini, keçmiş polis polkovniki İbrahim Əliyev APA-ya bildirib ki, bu, 1992-ci ildə Bakıda anadan olmuş Cəfərov Cəfər Vaqif oğludur.
C. Cəfərov bu ilin əvvəlində Ukraynaya gedib. Çerniqov vilayətinin Bumbokski rayonunda yaşlı bir qadınan evinə hücum edərək onu qarət edib, sonra isə döyərək öldürüb. Hadisədən bir müddət sonra isə vilayət polisi tərəfindən saxlanılıb. Hazırda istintaqı gedir.