Bakı sakinindən 2 kiloqramdan çox marixuana götürülüb
Abşeronda narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan şəxs tutulub.
14 İyul 2016 13:17 KriminalAbşeronda narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan şəxs tutulub. Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, Abşeron Rayon Polis İdarəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş Pərviz İsmayılovdan Xırdalan şəhərində kirayədə yaşadığı evdə dibçəkdə kultivasiya yolu ilə yetişdirilmiş 80 ədəd çətənə kolu və 2 kiloqram 050 qram marixuana aşkar edilərək götürülüb.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31