Gürcüstan vətəndaşının əl yükündən civə aşkar olunub
Balakən Gömrük İdarəsinin “Mazımçay” gömrük postunu piyada yolla keçən Gürcüstan Respublikası vətəndaşının əl yükünə rentgen aparatı vasitəsilə baxış keçirilib.
14 İyul 2016 12:32 KriminalBalakən Gömrük İdarəsinin "Mazımçay" gömrük postunu piyada yolla keçən Gürcüstan Respublikası vətəndaşının əl yükünə rentgen aparatı vasitəsilə baxış keçirilib. Dövlət Gömrük Komitəsindən "Olaylar"a verilən məlumata görə, baxış zamanı gömrük əməkdaşı çantada olan DVD pleyerin içərisində şübhəli qaraltılar müşahidə edib. Hal şahidlərinin iştirakı ilə çantada olan yüklərə təkrar baxış keçirilib və yoxlama zamanı çantadakı DVD pleyerin içərisindən xalis çəkisi 100 qram olan civə aşkar olunaraq götürülüb. Faktla bağlı araşdırma aparılır.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31