Mersedes dərəyə düşdü

Şamaxı rayonunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Şamaxı rayonunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. Hadisə rayonun Çöl Göylər kəndi ərazisində qeydə alınıb. Belə ki, Şamaxı şəhər sakini Həşimov Maarif Arif oğlu 90-BX-297 dövlət nömrə nişanlı, "Mercedes" markalı minik avtomobili ilə hərəkətdə olarkən idarəetməni itirib və avtomobil yoldan çıxaraq dərəyə aşıb. Avtomobildə tək olan sürücü M. Həşimov hadisə yerində ölüb. Faktla bağlı Şamaxı rayon Polis Şöbəsi tərəfindən araşdırma aparılır.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31