Başına küt alətlə vurub 900 manatını apardı
İyulun 11-də Xəzər rayonunun Buzovna qəsəbəsində naməlum şəxs qəsəbə sakini Bakir Məmmədovun baş nahiyəsinə küt alətlə xəsarət yetirib cibindəki 900 manat pulu və mobil telefonu götürüb.
13 İyul 2016 15:15 Kriminalİyulun 11-də Xəzər rayonunun Buzovna qəsəbəsində naməlum şəxs qəsəbə sakini Bakir Məmmədovun baş nahiyəsinə küt alətlə xəsarət yetirib cibindəki 900 manat pulu və mobil telefonu götürüb. DİN-dən verilən məlumata görə, Xəzər RPİ 2-ci PB əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş Rövşən Məmmədov tutulub. Araşdırma aparılır.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31