Nəzir qutusundan 200 manat oğurlanıb

İyulun 10-na keçən gecə Zaqatala rayonunun Muxax kəndində yerləşən Cümə məscidinin nəzir qutusundan 200 manat pul oğurlanıb.

İyulun 10-na keçən gecə Zaqatala rayonunun Muxax kəndində yerləşən Cümə məscidinin nəzir qutusundan 200 manat pul oğurlanıb.DİN-dən verilən məlumata görə, Zaqatala RPŞ əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən kənd sakini Arif Aslanov tutulub. Faktla bağlı araşdırma aparılır. 
 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31