Oğrular “iş başında” yaxalandılar

“Azərkimya” İB-nin “Etilen-Polietilen” zavodunda oğurluğa cəhdedilib.

"Azərkimya" İB-nin "Etilen-Polietilen" zavodunda oğurluğa cəhdedilib. DİN-dən verilən məlumata görə, Sumqayıt ŞPİ 2-ci PB əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində iyulun 11-də "Azərkimya" İB-nin "Etilen-Polietilen" zavodunun balansında olan ərazidən 154 metr dəmir borunu hissələrə bölüb oğurlamağa cəhd göstərmiş şəxslər tutulub. Onların Bərdə rayon sakini Firdovsi İsayev, Bakı şəhər sakini Bəhrəm Cəfərov və Sumqayıt şəhər sakini Ərəstun Yusifov olduqları müəyyən edilib.
 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31