QMİ-nin dövlətə xəyanətdə ittiham olunan sabiq sektor müdirinin məhkəməsi başlayıb
12 İyul 2016 17:11 KriminalBu gün Bakı Ağır Cinayətlər Məhkəməsində ilahiyyatçı, Qafqaz Müsəlmanları İdarəsinin sektor müdiri işləmiş Elşən Mustafaoğlu barəsində cinayət işi üzrə məhkəmənin hazırlıq iclası keçirilib.
APA-nın məlumatına görə, hakim Səbuhi Hüseynovun sədrlik etdiyi prosesdə anket məlumatları dəqiqləşdirilib.
Məhkəmə baxışı iyulun 19-na təyin olunub.
Qeyd edək ki, E. Mustafaoğlu 2014-cü ildə həbs olunub. O, Cinayət Məcəlləsinin 274-cü (dövlətə xəyanət) maddəsinə əsasən təqsirləndirilir.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31